Xalq artisti Oqtay Mirqasımovun ABŞ-da yaşayan alim qardaşı vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mir-Qasımov 85 yaşında vəfat edib.

Mərhum alimin qardaşı, Xalq artisti Oktay Mir-Qasımın APA-ya verdiyi məlumata görə, R. Mir-Qasımov Amerikada yaşadığı evdə dünyasını dəyişib.

Oqtay Mir-Qasımın sözlərinə görə, bir müddət əvvəl qardaşının ürəyində və ağciyərində problemlərlər yaranıb.

Qeyd edək ki, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.