Xamenei Turkiyənin Suriya əməliyyatına qarşı çıxdı- Ali dini lider Ərdoğana nə deyib?

“Suriyaya hər hansı hərbi hücum regiona zərər verəcək və terrorçuların xeyrinə olacaq”.

Azpost.info xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

İran dövlət televiziyasının məlumatına görə, Xamenei prezident Ərdoğana Suriyada hərbi əməliyyata qarşı olduqlarını bildirib.

Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayan ali dini lider bu əməliyyatın Türkiyə, Suriya və regiona qarşı olduğunu ifadə edib.

2016-cı ildən bəri Suriyanın şimalında dörd əməliyyat keçirən Türkiyə sərhəd boyunca “təhlükəsiz zonalar”ı genişləndirmək üçün növbəti  hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Ərdoğanın bu açıqlaması regionda fəal olan ABŞ və Rusiyanın reaksiyasına səbəb olmuşdu. Bu gün baş tutacaq danışıqlarda bölgədə daha bir fəal ölkə olan İranın Suriya üçün vasitəçilik etməyə çalışacağı bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda daha 257 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Putin İranda səfərdədir