“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa”- mövzusunda növbəti layihəni uğurla icra edir.
Layihənin əsas məqsədi Böyük Qayıdış prosesinə dəstək olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək vermək. Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqda geri dönəcək sakinləri məlumatlandırmaqdır. Layihə çərçivəsində Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə Böyük Qayıdışla bağlı Bakı şəhərinin Mərdəkan və Pirşağı qəsəbələrində, Gəncə, Mingəçevir şəhərlərində, Bərdə, Göyçay, Ağcabədi, Goranboy rayonlarında, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində görüşlər həyata keçiriləcək, keçirilən bütün görüşlər lentə alınacaq və sosial çarx hazırlanacaq, Xankəndi şəhərində Böyük Qayıdışla bağlı aparılan quruculuq və bərpa işləri haqqında video çarx hazırlanacaq.
Birliyin sədri Xatirə Vəliyeva bildirib ki, hazırda layihənin hazırlıq mərhələsi başa çadırılıb. Belə ki, əməkdaşlıq edəcəyimiz studiya ilə müqavilələr bağlanmış, Böyük Qayıdışla bağlı Xankəndi şəhərinin keçmiş məcburi köçkünləri ilə keçiriləcək görüşlərin yerləri və vaxtı təyin edilmiş və lazımi texniki işlər həyata keçirilmişdir. Yaxın günlərdə Böyük Qayıdışla bağlı Xankəndi şəhərinin keçmiş məcburi köçkünləri ilə keçiriləcək görüşlərə start veriləcək. Layihə çərçivəsində keçirilmiş görüşlər haqqında mətbuata mütəmadi olaraq informasiya veriləcəkdir.