Xankəndi separatçıları Ağdam yolu ilə bağlı Bakının tələbini qəbul edib –Araik Aratunyan təcili iclas keçirib, qərarı açıqlayıb

Xankəndindəki separatçı guruhun rəhbəri Arayik Arutyunyan dünən keçirdiyi iclasda Ağdam yolu ilə yüklərin daşınması barədə qərar qəbul edildiyini açıqlayıb.

Azpost.info bildirir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. O bu qərarın qəbulu barədə əlavə detalları açıqlamayıb.

Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar dəhliz verilməsi təklifi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilib, Avropa ittifaqının rəhbərləri də buna qarşı çıxmayıb.

Qəzet bildirir ki, Aratunyan artıq bu məsələni müzakirə üçün qaldırmır, reallıq kimi təqdim edir.

“Görünür, yaxın vaxtlarda Ağdam yolunda qoyulmuş beton hasar dağıdılacaq. Arayik Arutyunyan bildirib ki, bu yol boyu daşınma qismən olacaq. Ağdam yolu ilə tikinti materialları, dizel yanacağı, dərman preparatları tədarük olunacaq. Ərzaq Rusiya sülhməramlıları vasitəsilə Laçın vasitəsilə gətiriləcək”-deyə qəzet yazıb.

Arutyunyan bildirib ki, növbəti mərhələdə Azərbaycandan da gələcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. O, deyib ki, Azərbaycan bu güzəşt müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir.

Söhbət nənə və baba heykəlinin altından keçən məşhur dolama yolundan gedir. Onlar bu məsələlərdə razılığa gəlmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərarına gəliblər.

Qəzetin mənbəsi bildirib ki, Samvel Babayan da toplantında iştirak edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.