Xankəndindən gələn Qırmızı Xaçın maşınları Laçın yolundan maneəsiz keçib –FOTO

Dekabrın 19-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndindən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

AZƏRTAC xəbər verir ki, bu hal ilk deyil. Belə ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının göstəricisidir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.