Xaraba Şərqin “fəlakət indikatoru”na çevrilmiş bədbəxt liderləri-

(FOTOLAR)
24 Noyabr 2021 - 22:18

Yaxın Şərq… Bu gün qanla xatırlanan bu region dünya üçün nə qədər dəhşətli məkan kimi görünsə də, sanki onun sivilizasiya beşiyi olmağını unudublar.

Bu məkanın çağdaş tarixdəki liderləri ya oyuncaq olub, ya da fatal idealistlər… Mərhum şair Əli Kərimin “Şərq boyda xarabada” misrası bu məkanın qanlı tarxinin güzgüsüdür.

XXI əsrin qanlı şərqi İraqdan doğdu. 2003-cü ildə ABŞ ordusunun İraqa hucumu və diktator adlandırdıqları Səddam Hüseyni devirmələri Yaxın Şərqi yenidən bitməyən zülm girdabına saldı. 18 ildir bu qan dayanmadan axır: ərşə çıxan ah-vay, ağlaşan körpələr, dağılmış evlər, partladılmış insan tikələri… Budur Şərqin bugünkü vizionu…

Müdrik siyasətçi təkcə özünün mövcud olduğu dönəmi deyil, olmayacağı zamanı da duymalıdır. Geopolitik intriqaların bacarıqsız oyunçusu olmaq, məsuliyyət daşıdığın xalqın taleyini də təhlükəyə salır.

“Zaman axarında” layihəsində sizə bu fotoları təqdim edirik:

Moscow?, March 24, 1973.
Saddam Hussein with Soviet president Leonid Brejnev.
Photograph recovered by Bruno Stevens in the looted “Triumphant Leader” museum in Baghdad, entirely dedicated to the glory of Saddam Hussein.

Moskva. 1973-cü il, 24 mart. SSRİ-də səfərdə olan İraq prezidenti Səddam Hüseyn Sov.İKP-nin baş katibi Leonid Brejnevlə görüşdə… SSRİ Yaxın Şərqdə ABŞ-a qarşı nufuz müharibəsində Səddama ümid edir. Gənc polkovnik Hüseyn də hakimiyyət kreslosunun möhkəm olmasının bir şərtinin Moskvada olduğunu anlayır.

Bağdad. 20 dekabr 1983-cü ilNATO-nun keçmiş komandanı, o zaman ABŞ prezidenti Ronald Reyqanın xüsusi elçisi olan Donald Ramsfeld İraq prezidenti Səddam Hüseynlə görüşdə… İranla müharibədəki cəsarətinə görə Ramsfeld ABŞ prezidenti Reyqanın xüsusi minnətdarlığını Səddam Hüseynə çatdırır…

SSRİ. 1976-ci il. Liviya Xalq Sosialist Cəmahiriyyəsinin sədri Müəmmər Qəzzafinin SSRİ-yə ilk səfəri. Sovet rəhbəri Leonid Brejnev onu Kremldə qəbul edir… 

 

9 iyul, 2009-cu il. “Böyük səkkizliyin” İtaliya sammiti. ABŞ prezidenti Barak Obamanın Liviya rəhbəri Qəzzafi ilə görüşü…  

 

1973-cü il. Kreml. Suriya prezidenti Hafiz Əsəd SSRİ-nin rəhbəri Leonid Brejnevlə görüşdə…

27 Oct 1994, Syria — US President Bill Clinton meets with Syrian Arab Republic President Hafez al Assad to negotiate a peace plan between Syria and Israel. — Image by © Wally McNamee/CORBIS

27 oktyabr, 1994-cü il.  ABŞ prezidenti Bill Klintonun Suriya prezidenti Hafiz Əsədlə Suriya-İsrail sülh sazişinin imzalanması zamanı görüşü…

 

Təbəssüm hələ hər şey demək deyil… Özünü yox, xalqını və dövlətini qorumağı bacaranları tarix həmişə hörmətlə xatırlayır.

Azpost.info