Xarici media nümayəndələri üçün mediatur təşkil olunub

Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub.

Mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb. Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişini özündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.

Heydər Əliyev Mərkəzində davam edən turda xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.

Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarət olunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.