Xarici media qurumları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti müşahidə etmək üçün əraziyə səfər ediblər.
APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, “Bloomberg“, “BBC“, “Getty İmage” və digər media qurumlarının əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolundakı postuna gəliblər.
Onlar 40 ton un məmulatının Xankəndiyə çatdırılmasına dair son durumla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Ceyhun Mirzəyevdən açıqlama alıblar.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.