“Xarici siyasət strategiyasımızda Afrikanın rolu artırılacaq”- Lavrov "böyük Afrika turu"na çıxıb

“Rusiyanın yeni xarici siyasət strategiyasında Afrika qitəsinin rolu əhəmiyyətli dərəcədə artırılacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Uqanda prezidenti Yoveri Kaquta Museveni ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bizim fundamental, uzunmüddətli və qeyri-opportunist maraqlarımız sayəsində Afrikanın əhəmiyyəti artacaq. Qərbin ölkəmizlə bağlı addımları bizim işimizdə Afrika istiqamətinin payını obyektiv şəkildə artıracaq”, – nazir bildirib.

Rusiya XİN rəhbəri Uqandaya iyulun 25-də gedib və orada ölkənin xarici işlər naziri Sem Kutesa ilə görüş keçirib. Uqanda Lavrovun “böyük Afrika turu” çərçivəsində səfər etdiyi üçüncü Afrika ölkəsidir. Bundan əvvəl Lavrov Misir və Konqo Respublikasına səfər edib.

Uqanda prezidenti Yoveri Museveni dəfələrlə Rusiyaya səfər edib. 2019-cu ildə Soçidə keçirilən ilk Rusiya-Afrika sammiti zamanı o, prezident Vladimir Putinlə görüşüb.

Azpost.info

Əvvəlki məqalə

Londondan Rusiyaya yeni sanksiyalar

Sonrakı məqalə

Rüşvət alıb ədalətsiz qərar çıxarmış məhkəmə hakimi həbs edilib –