Xırdalan dairəsində DƏHŞƏT: kişi özünü körpüdən atdı

Xırdalanda kişi özünü körpüdən atıb.  Hadisə Bakı-Sumqayıt şossesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb.

Bakı şəhər sakini, 43 yaşlı Ramin Orucov körpüdən özünü atıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Sonrakı məqalə

10 ildən çox müəmmalı şəkildə yoxa çıxan təyyarə ilə bağlı YENİ XƏBƏR