Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

Bəs, tikinti işləri nə yerdədir?

 

AzPost  xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda tunelin tikintisi qrafikə uyğun olaraq tam sürətlə davam etdirilir:

“Tunelin tikintisi artıq tamamlanmaq üzrədir. Hava şəraiti imkan versə, tikinti işləri aprelin sonuna qədər yekunlaşdırılacaq”.

Nəzərə alaq ki, tikinti işləri yekunlaşdıqdan sonra avtomobillərin qısa yolla Bakı-Şamaxı yoluna çıxışı təmin ediləcək. Üstəlik, Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları tam bərpa olunacaq və sərnişinlər ənənəvi olaraq bu istiqamətdə qatarla təhlükəsiz və rahat səfər edəcəklər.

Qeyd edək ki, avtomobil tunelinin tikintisi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.