Xırdalandakı partlayışla bağlı 4 nəfər xəsarət alıb –VİDEO

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub

Xırdalan şəhərində baş verən partlayışda 4 nəfər xəsarət alıb.

Onlardan 3-ü azyaşlıdır.

Partlayışın dalğasından binanın həyətində park halında olan 5-dən çox avtomobilə ziyan dəyib.

Əvvəlki məqalə

İstanbuldakı terroru törədən qadının dindirilməsi başlanılıb

Sonrakı məqalə

Azərbaycanda Milli Dirçəliş Günüdür