Xorvatiya Rusiyanın 18 diplomatını ölkədən çıxarır

Xorvatiya 18 rus diplomatını və Rusiyanın Zaqrebdəki səfirliyinin 6 inzibati və texniki işçisini ölkədən çıxarır.

Azpost.info xəbər verir ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirlik Rusiyanın Ukraynaya qarşı təcavüzünü qətiyyətlə pisləyib: “Moskvanı döyüş əməliyyatlarını dərhal dayandırmağa, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağa, həmçinin əhalinin təcili təxliyəsini və humanitar yardımın çatdırılmasını təmin etməyə çağırırıq”.

Rusiyanın Xorvatiyadakı səfirliyi bəzi işçilərin işdən çıxarılması ilə bağlı tələb gəldiyini təsdiqləyib: “Biz səfir Andrey Nesterenkonun Xarici İşlər Nazirliyinə çağırılmasını və bir neçə rus diplomatının ölkədən çıxarılması tələbi ilə notanın alınmasını təsdiq edirik”, – deyə diplomatik nümayəndəlikdən RİA Novosti-yə bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

“NATO-nun genişlənməsi Avropaya təhlükəsizlik gətirməyəcək” –

Sonrakı məqalə

“PAŞA Bank”ın sədri Mərkəzi Bankın İdarə Heyətinin üzvü olacaq