Yağış suyunun tərkibində kimyəvi maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalıb

Aprel ayında bərəkətli yaz yağışları müşahidə edilir. Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının birinci ongünlüyündə isə respublikada yağıntılı hava şəraiti üstünlük təşkil edib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv olduğundan, aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir: “Aylıq proqnoza görə, aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən, kənd təsərrüfatı sahəsi üçün faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür”. 

V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Dağlıq Qarabağda “prezident seçkiləri”nin ikinci turunu da tanımır

Sonrakı məqalə

“Polisin postlarda rüşvət aldığına dair bircə fakt göstərsinlər” –