Yağış yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Əvvəlki məqalə

22 siyasi partiya maliyyə hesabatını MSK-ya təqdim etməyib

Sonrakı məqalə

Daşınmaz əmlak alanlara verilən ƏDV-nin həcmi açıqlanıb