Yanacaqdaşıyan maşındakı yanğınla bağlı əməliyat görüntüləri yayıldı-VİDEO

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən verilən xəbərə görə, həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

DYP-dən verilən xəbərə görə, hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir. Qəzada Opel markalı 99-BH-926 d.q.n-lı, Mercedes markalı 99-ZD-593 d.q.n-lı və Kamaz markalı 42-CB-514 d.q.n-lı avtomobillər toqquşmuşdur. Qəza nəticəsində Mercedes 99-ZD-593 d.q.n-lı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirmişdir. Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Sonrakı məqalə

Sülhməramlıların 6 avtomobili Laçın yolundan keçib –