YAP İdarə Heyəti toplaşdı –Seçkilərə hazırlıq planı müzakirə edilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

İclasda  YAP-ın 2019-cu ilin dekabr ayında Azərbaycanda keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib. (APA)

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

Sonrakı məqalə

Türkiyəli bloger qeyri-qanuni olaraq Qarabağa gedib, Şuşaya qalxıb: