YAP-ın deputatlığa namizədlərin siyahısını MSK-ya təqdim etdi- Açıqlama

Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 123 dairədən irəli sürdüyü namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov Seçki Məcəlləsinin tələbinə əsasən siyahının MSK-ya təqdim olunduğunu vurğulayıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra 5 gün müddətində siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açılır.

YAP bu səbəbdən namizədlərinin siyahısını MSK-ya təqdim edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı

Sonrakı məqalə

YAP DEPUTATLIĞA NAMİZƏDLƏRİNİ AÇIQLADI –