YAP-ın qazancı kəskin artıb –Hakim partiyanın aktivləri 22 milyon manata çatıb

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

Azpost.info marja-ya istinadən bildirir ki, partiyanın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 28,4% çoxdur. Son nəticədə qurumun bölüşdürülməmiş mənfəəti 21,1% artaraq 11 milyon 467 min manata çatıb.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 22 milyon 606 min  manat olub ki, bu da illik müqayisədə 10,7% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 2,2 dəfə artaraq 350 min manata, balans kapitalı isə 9,9% artaraq 22 milyon 256 min manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 750 min üzvü olduğunu bəyan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“91-lər”in üzvü hazırkı deputatlara çağırış etdi:

Sonrakı məqalə

Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-na təyin edildi