YAP seçki qərarı verdi –MSK-ya müraciət etdi

Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

YAP İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərarda göstərilir ki, partiya 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib. (Turkustan.info)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP Siyasi Şurasının üzvü:

Sonrakı məqalə

İlham Əliyev İran Prezidenti ilə görüşdü: