YAP Siyasi Şurasının üzvü:“Kadr dəyişiklikləri  problemlərin  çevik həlli üçündür”  

“Son günlərdə Azərbaycanda yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahatçılıq prosesinin tərkib hissəsidir”.

Bunu YAP-ın şöbə müdiri və millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu, zamanın tələbidir, bu, bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da uğurla tətbiq edilməkdədir: “Kadr dəyişikliyi ancaq son zamanda baş verdiyini söyləmək düzgün olmazdı. Diqqət edilsə, görünər ki, hər dövrdə kadrlar əvəzlənir, yeni simalar gəlir. Hesab edirəm ki, yeni təyinatlar qarşımıza qoyulan vəzifələrin daha yüksək səviyyədə və daha səmərəli həyata keçirilməsinə ümidlərimizi doğruldacaq”.

Deputat bildirib ki, aparılan kadr dəyişiklikləri  Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaq: “Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr vətəndaşın maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək etməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Avropa İttifaqını hədələdi:

Sonrakı məqalə

YAP seçki qərarı verdi –