YAP üzvlərinin sayı açıqlanıb

Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı açıqlanıb.

YAP-ın sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib ki, son statisktikaya əsasən YAP-ın 800 minə yaxın üzvü var.

O bildirib ki, hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir: “Bu sahədə bir sıra işlər görülüb. Biz tamamilə yeni elektron sistem bazası qururuq. Bununla bağlı müxtəlif dövlət qurumları ilə birgə işlər görülür. “ASAN xidmət” vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri üzrə, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır”.

T. Budaqov qeyd edib ki, partiya üzvlüyünə yeni qəbul olunanlar var: “Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiya üzvlüyündən çıxarılanlar da var, lakin bu çox məhdud saydadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak olub

Sonrakı məqalə

XİN Kəlbəcərdəki təxribatlarla bağlı bəyanat yaydı –