Yaponiyada qızılın qiyməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda tarixi maksimuma yüksəlib.
Ölkənin ən böyük qiymətli metal istehsalçısı və treyderlərindən biri olan “Tanaka Kikinzoku” bu gün bir qram qızılın pərakəndə satış qiymətini 15,104 yen (98,63 dollar) səviyyəsində müəyyənləşdirib.
Yerli müşahidəçilərin fikrincə, Yaxın Şərqdə eskalasiya qorxusu fonunda qızıl nisbətən təhlükəsiz aktiv hesab olunduğu üçün onun qiyməti artmaqda davam edir. Qiymət artımının digər amili ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltması ilə bağlı gözləntidir. Bu da ənənəvi olaraq qızılın dəyərinin artmasına gətirib çıxarır.
Eyni zamanda, qiymət artımına təsir edən daha bir amil kimi Yaponiya milli valyutasının zəifləməsi göstərilir. Bu gün səhər saatlarına olan məlumata görə, Tokioda məzənnə 1 dollar üçün 153 yeni ötüb(azərtac).