Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib- FOTO

Yardımlı rayonunda torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, ​Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb.

Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin​ və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı​ ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. Dağılmış istinad divarları və iri torpaq layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması​ yaransa da, sonradan aradan qaldırılıb.

Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafi​q dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə​ təmir-bərpa işlərinə başlanacaq.

Torpaq sürüşməsinə son günlər rayon ərazisində intensiv yağıntıların səbəb olduğu bildirilir.

Əvvəlki məqalə

Azərbaycanda daha 29 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Prezidentə və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib