Yasamalda maşın divara çırpıldı, bahalı avtomobillərin üstünə düşdü –FOTO

Bakının Yasamal rayonunda ağır yol qəzası qeydə alınıb.

Hadisə İsmayıl Bəy Qutqaşınlı küçəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Avtomobil divara çırpılaraq binanın həyətindəki avtodayanacağa düşüb. Avtomobil dayanacaqda olan “Toyota”, “Mazda”, “Jaguar” markalı maşınların üzərinə düşdüyü üçün dayanacaqda olan üç maşın yararsız hala düşüb. Qəza nəticəsində “Toyota” markalı maşının sürücüsü xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqalə

Ukrayna Rusiyanın hərbi bazasını darmadağın edib –

Sonrakı məqalə

“Çini Aya buraxmaq olmaz” –