Dünyada yaşamaq üçün rahat olan ən yaxşı şəhərlərin reytinqi tərtib edilib.
Azpost.info bildirir ki, reytinqi “The Economist Intelligence Unit” açıqlayıb.
Şəhərlər bir neçə amillər üzrə bal əsasında sıralanıb. Əsas meyarlar sırasında inkişafın sabitliyi, ətraf mühitin və infrastrukturun vəziyyəti, səhiyyə və digər sahələr olub.
Avstriyanın paytaxtı Vyana artıq ikinci ildir ki, 98,4 balla dünyanın yaşamaq üçün ən yaxşı şəhəri olub. Kopenhagen 98 xalla ikinci yeri tutub.
Üçüncü yeri Avstraliyanın Melburn şəhəri gəlir.
Yaşamaq üçün ən pis şəhərlər Dəməşq, Tripoli və Əlcəzair olub. İlk onluqda həmçinin Kiyev (10-cu yer) yer alıb.