Yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

Dekabrın 4-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib –

Sonrakı məqalə

Azərbaycan Alban-udi dini icması Kəlbəcərdəki Xudavəng monastırını ziyarət etdi –