Yaxın Şərqdəki münaqişədə 22 jurnalist ölüb

Fələstin-İsrail münaqişəsi şiddətlənəndən 20-dən çox jurnalist ölüb.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, – hesabatda deyilir.

Komitə öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu qeyd edir. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbsdədir.

Əvvəlki məqalə

Ceyhun Bayramov Avropa ölkələrinin Bakıdakı səfirləri ilə görüşüb

Sonrakı məqalə

Oğuz sakini keçmiş arvadının evində intihar edib