İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəsə dair danışıqlar yaxın bir neçə saat ərzində yenidən başlayacaq.
Azpost.info xəbər verir ki, bu barədə EFE agentliyi Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yazıb.
Danışıqlar Misirin vasitəçiliyi ilə Qahirədə baş tutacaq.
Məlumata görə, İsrail tərəfi Misirdən Qəzzada atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqları bərpa etməyi xahiş edib.
Bundan əvvəl Misir tərəfi xəbərdarlıq etmişdi ki, vasitəçilik səyləri şübhə altına alınarsa, münaqişənin həllində iştirakdan imtina edə bilər.
Azpost.info