Yazıçı Cintula Slovakiya baş nazirini nə üçün güllələdiyini açıqlayıb

Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsddə təqsirləndirilən Juraj Cintula məhkəmədə bildirib ki, o, cinayəti ölkə rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən narazı olduğu üçün törədib.

Azpost.info bildirir ki, bu barədə Bloomberg ona daxil olan iş materiallarına istinadən məlumat yayıb.

Məhkəmə sənədindən verilən məlumata görə, 71 yaşlı Tsintula hüquq-mühafizə orqanlarına deyib ki, onun hərəkətinin səbəbi hökumət siyasətindən, ilk növbədə Fitsoun Ukraynaya hərbi dəstəyi dayandırmaq qərarından narazılıqdır.

Ölkə hakimiyyətinin bu mövqeyi şübhəli şəxsə “Avropa İttifaqına xəyanət” kimi görünüb. Bloomberg nəşrinə görə, Tsintula təkbaşına hərəkət etdiyini və siyasətçinin həyatına qəsd etmək niyyətində olmadığını da söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.