“Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır…Yeni dövr başlanıb” –Vasif Talıbov

“Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır”.

Azpost.info bildirir ki, bu sözləri Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov YAP-ın Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradılmışdı.

V. Talıbov deyib ki, əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında 1118 Yeni Azərbaycan Partiyası üzvü vardısa, hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 58 minə yaxın üzvü birləşdirir: “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövr başlayır. Təşkilat öz işini bundan sonra da ölkə Prezidentinin YAP-ın yeddinci qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır”.

Ali Məclisin sədri bildirib ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı partiya-təşkilat işini daha da gücləndirməli, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılmalıdır: “Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır. Ona görə də partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir. O partiya güclüdür ki, onun cəmiyyətin hər bir təbəqəsini əhatə edən ideoloji istiqamətləri vardır. Bu səbəbdən də partiyada qadınlarla işə ciddi diqqət yetirilməli, onların muxtar respublikanın ictimai-siyasi həyatında aktiv iştirakı təmin olunmalıdır”.

V.Talıbov bildirib ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verməli, həyata keçirilən tədbirlərin mahiyyəti onlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Teatrında Qoqolun məşhur “Müfəttiş” əsəri oynanılıb –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu