Yeni Zelandiya Rusiya banklarına qarşı sanksiyalar tətbiq etdi – SİYAHI

Yeni Zelandiya Rusiyanın 18 iri bankına, Mərkəzi Bank və Milli Rifah Fondu kimi digər maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaiya Maxuta bildirib. Yeni Zelandiyanın “qara siyahısın”da “Alfa-Bank”, “Bank Rossiya”, “Qazprombank”, “Sberbank”, “Vneşekonombank”, “Moskva Kredit Bankı”, “Otkritiye Bank”, “Krım Rusiya Milli Kommersiya Bankı”, “Qara Dəniz Ticarət və İnkişaf Bankı”, “Genbank”, “Sənaye Əmanət Bankı”, “Novikombank”, “Rusiya Kənd Təsərrüfatı Bankı”, “Rusiya Milli Kommersiya Bankı”, “Rusiya Birbaşa İnvestisiya Fondu”, “Sovkombank”, “SMP Bank”, “VTB Bank” da var.

“Bu maliyyə təşkilatları Rusiyanın bank aktivlərinin təxminən 80 faizini təşkil edir”, – Maxuta bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Qanun Nəşrlər Evi”nin yaxınlığında qumbara tapılıb

Sonrakı məqalə

“Kriptovalyutadan terroru maliyyələşdirmək üçün istifadə olunur”