Yeniyetmə oğlan 7 yaşlı uşağı bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu bazarında qeydə alınıb.

2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Son sutkada 44 nəfər koronavirus infeksiyasına yoluxub

Sonrakı məqalə

Stoltenberq Azərbaycanın NATO-dakı nümayəndəsinin etimadnaməsini qəbul edib