İlon Mask Yer kürəsində bir milyarda yaxın insanabənzər robotun peyda olacağını açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə “Fox Business” milyarderin sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir. Maskın fikrincə, 2040-cı ilə qədər insanabənzər robotlar adamların gündəlik həyatının ayrılmaz hissəsinə çevriləcək.
Mask bununla da “Midjourney” süni intellektin inkişafı və təhlili korporasiyasının qurucusu Devid Holtsun proqnozları ilə razılaşıb. Holts da hesab edir ki, təxminən 40 il ərzində Günəş sistemində, o cümlədən digər planetlərdən də təxminən 100 milyard robota rast gəlmək olacaq.
2022-ci ildə Tesla canlı fabrik işçilərinin “Optimus” adlı humanoid işçilərlə əvəz olunduğunu elan edib. Bu robotlar bir il əvvəl Tesla Bot adı ilə ictimaiyyətə təqdim edilib. Belə maşınlar müstəqil şəkildə hərəkət edə və əzalarını hərəkət etdirməyə qadirdir.
Keçən dekabr ayında Tesla yeriyən və insan hərəkətlərini təqlid edə bilən insanabənzər robotu – “Tesla Optimus Gen 2”-ni təqdim edib. Tərtibatçılar birinci nəsil Optimus ilə müqayisədə robotun funksional imkanlarını xeyli genişləndiriblər. Optimus Gen 2 indi tapşırıqları daha tez yerinə yetirir və sələfindən xeyli az çəkiyə malikdir.