Yer kürəsinin fırlanması görünməmiş sürətlə yavaşlayır –Araşdırma

Avstriya və İsveçrə mütəxəssislərindən ibarət tədqiqat qrupu Yer kürəsinin fırlanma sürətinin əvvəllər müşahidə olunmamış bir sürətlə yavaşlamağa başladığı qənaətinə gəlib.

Azpost.info bildirir ki, bu barədə BBC Science Focus məlumat verir.

Vyana Universiteti və ETH Sürixdən olan tədqiqatçıların da daxil olduğu qrup planetimizin fırlanma sürətinin keçmişdə necə dəyişdiyini tədqiq edib. Komanda okean dibində yaşayan təkhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını araşdırıb.

Alimlər bu canlıların kimyəvi tərkibini öyrənərək qədim dövrlərdə dəniz səviyyəsinin dalğalanmalarını müəyyən etməyə çalışıblar. Bu məlumatlardan istifadə edərək planetin fırlanma dəyişikliyini hesablayıblar.

Nəticələrinə görə, son 3,6 milyon il ərzində Yer kürəsinin öz oxu ətrafında fırlanması heç vaxt indiki qədər sürətlə yavaşlamayıb.

Mütəxəssislər bu fenomenin iqlim dəyişikliyi səbəbindən qütb buz örtüklərinin əriməsi ilə əlaqəli olduğunu irəli sürdülər. Onların fikrincə, yüksək enliklərdən əriyən su okeana daxil olur və ekvatora doğru hərəkət edir. Bu proses qütblərdəki konsentrasiyasını azaldır və planetin fırlanma sürətində dəyişiklik yaradır.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.