Yerevan Bakı ilə danışıqlar aparır –Hərbi qulluqçunun qaytarılması üçün 

Ermənistan Azərbyacana qaçan hərbi qulluqçu Araik Kazaryanın geri qaytarılması üçün danışıqlar aparır.

Azpost.info Sputinik-Armenia-ya istinadən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Artak Apitoniyan bu ölkənin parlamentində çıxışı zamanı deyib.

“Danışıqlar Minsk Qrupunun həmsədrləri formatında, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı və Yerevan ofislərinin vasitəçilliyi ilə aparılır. Məsələnin özəlliyini nəzərə alaraq digər detalları aça bilmərəm”.

Qeyd edək ki, hərbi qulluqçu Kazaryan bu il avqustun 12-də postu tərk edərək, əlində ağ bayraq Azərbaycana tərəf keçib. O, hərbi hissədə incidildiyini və döyüldüyünü deyib və qaçmasını bununla izah edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp ABŞ-ın Mərkəzi Bankını təhqir etdi:

Sonrakı məqalə

Şumaxerin şüuru özünə qayıdıb –