Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Aİ-nin Monitorinq Missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib