Yevlaxda sabah toyu olacaq gənc yol qəzasında öldü-FOTO

Sabah toyu olacaq gənc yol qəzasında ölüb.

Hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib.

1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.

Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi.

Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.