“Yüksəliş” müsabiqəsində baş vermiş kütləvi zəhərlənmə araşdırılır –

AQTA AÇIQLAMA YAYDI
13 Sentyabr 2020 - 18:20

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində  qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və  müsabiqə iştirakçıları  arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.