“Yunanıstana enerjinin böyük hissəsi “Şahdəniz”dən gəlir” –Səfir Xristos Kapodistrias

Biz Azərbaycanla əməkdaşlığımızı çox yüksək qiymətləndiririk.

Bunu APA-ya açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias bildirib.

Enerji tərəfdaşlığı ilə bağlı sualı cavablandıran diplomatın sözlərinə görə, Azərbaycanı təkcə Yunanıstan üçün deyil, həm də bütün Avropa üçün etibarlı enerji təchizatçısı hesab edirlər: “Xüsusən də indiki kritik zamanda, Ukraynadakı müharibə səbəbindən Avropa bu sektorda problemlərlə qarşı-qarşıyadır. Ona görə də biz Azərbaycanın rolunu çox yüksək qiymətləndiririk. Azərbaycan Avropanın, o cümlədən ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi üçün bu qədər işlər görüb və görür. Yunanıstanda istehlak etdiyimiz enerjinin böyük bir hissəsi məhz buradan, Şahdənizdən, Xəzər dənizindən gəlir. Buna görə də biz bunu qiymətləndiririk, bu bizim üçün çox vacibdir. Dediyim kimi, bu, təkcə Trans-Adriatik Boru Kəməri (TAP) ilə deyil, həm də Yunanıstanı Bolqarıstanla birləşdirən yeni birləşdirici konnektor olan ICGB ilə bağlıdır və bu, əlbəttə ki, son dərəcə vacibdir. Bu, bolqar dostlarımızı və qonşularımızı qazla təmin edir. Onu davam etdirmək üçün böyük potensial var və əgər biz onu genişləndirsək, Rumıniyaya, Moldovaya və hətta daha da irəliyə gedə bilərik. Ona görə də biz bu istiqamətdə çalışmalıyıq”.

Səfir qeyd edib ki, Yunanıstan mövcud enerji imkanlarını bölüşməyə çox inanır və Azərbaycan da bunun çox vacib bir hissəsini təşkil edir: “Ona görə də biz Azərbaycanla münasibətlərimizi həqiqətən yüksək qiymətləndiririk”.

Əvvəlki məqalə

“Anonim zənglər gəlirdi, dedim bunu öldürmək istəyirsiz?” –

Sonrakı məqalə

Azərbaycanda “Facebook”a maraq azalıb