Yunanıstanda mağaralar kirayə verilir –

FOTO
20 Oktyabr 2019 - 12:40

Yunanıstanın Lassiti bölgəsinin Xrisopiqi kəndində mağaralar “AirBnb” xidməti tərəfindən kirayə verilir.

Yeni yanaşma Djannadakis adlı iş adamı tərəfindən tətbiq olunub. 17 il əvvəl bir neçə mağaranı alan iş adamı turistlərin burda qalması üçün lazımi şərait yaradıb və yeni yay mövsümü üçün onların tam hazır olduğunu bildirib. İş adamının fikrincə mağaralardakı hotellər turistlərin bura axınına, kəndin tarixinin və bölgənin mədəniyyətinin öyrənilməsinə təkan verəcək. (Azərtac)