Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb

Milli Vəhdət Partiyasının sabiq sədri, “Olaylar” qəzeti baş redaktoru Yunus Oğuzun prezidentliyə namizədliyi irəli sürülüb.

Yunus Oğuz APA-ya açıqlamasında bildirib ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb, hazırda Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müvafiq sənədlər hazırlanır.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.