Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.
Bunu APA-ya açıqlamasında Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.
Onun sözlərinə görə, qardaş ölkədə baş verən faciə ilə əlaqədar kanalların bəziləri artıq özləri proqram səbətinə dəyişiklik edib:
“Audiovizual Şura olaraq biz də tövsiyə vermişik ki, bu məsələ nəzərə alınsın”.