Zəlzələdən 5 gün sonra ailəni dağıntılar altından çıxardılar –-FOTO

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən sonra dağıntılar altında qalan ata, ana və oğul 138-ci saatda xilas edilib.

Anadolu agentliyi  xəbər verir ki, xilasetmə işləri aparan qruplar dağıntılardan gələn səslə bağlı axtarışları gücləndiriblər.

Fasiləsiz axtarışlar nəticəsində ata Cəlal, həyat yoldaşı Yasemin və oğulları Ensar Taşhan zəlzələdən 138 saat sonra sağ çıxarılıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Axtarış-xilasetmə qrupları ailənin sağ qalmasını bir-birini qucaqlayaraq qeyd edərkən, yaxınları göz yaşlarına hakim ola bilməyib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.