Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq- Nazir müavini

“Azərbaycan ölkənin ərazi bütövlüyünü təmin etdikdən sonra Zəngəzur dəhlizinin açılacağı təqdirdə Avrasiya logistikasında əsas oyunçuya çevrilir”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

Nazir müavini bildirib ki, Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq: “Azərbaycan strateji infrastruktura sərmayə qoymaqla yerləşdiyi nəqliyyat marşrutlarının transformasiyasında mühüm addımlar atır. Buna nümunə olaraq qeyd edim ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2019-2023-cü illərdə 5,7 milyon tondan 13,4 milyon tona yüksəlib. Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhliz boyu “yaşıl transformasiya” təşəbbüslərinə sadiqdir”.

Əvvəlki məqalə

“Döyür, zorlayır, itləri üstümüzə salırdılar…”

Sonrakı məqalə

Ukrayna müharibəsi başlayandan 1994 nəfər əsirlikdən azad edilib