“Zəfər aministiyası Saleh Rüstəmova şamil oluna bilər” –Zahid Oruc bununla bağlı müzakirə aparılacağını açıqlayıb

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc bildirib ki, həbsxanada aclıq aksiyası keçirən Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmovun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək. 

Azpost.info-nun məlumatna görə, bununla bağlı Komitə sədri açıqlama yayıb.

Onun sözlərinə görə, Zəfər aministsiyası S. Rüstəmova tətbiq edilə bilər: “Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Məsələ ilə bağlı İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc bildirir ki, onun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək: Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burda hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir. Bu baxımdan Komitə sədri məsələni müvafiq dövlət hakimiyyət orqanları ilə müzakirə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Övladım haqq etdiyi ordenlə təltif olunsun” –

Sonrakı məqalə

Saakaşvilinin məhkəməsi qarşıdurma ilə başlayıb –