Zəlzələdə ölən daha bir nəfərin meyiti bu gün Bakıya gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin nəşi də Azərbaycana gətirilib.

Əvvəlki məqalə

Yanvarda sığortaolunanların sayı 24 min nəfər artıb

Sonrakı məqalə

Komandosların düşmən təxribatı əleyhinə xüsusi təlimi keçirilir –