Zabrat yolunda avtobus zolaqlarının təşkili davam etdirilir

Bakının Zabrat yolu kimi tanınan ərazisində avtobus zolaqlarının təşkili davam etdirilir.

Bu barədə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov bildirib.

“Bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir”, – deyə o, əlavə edib.

T.Səfərov qeyd edib ki, bu gün paytaxtın 29 küçə və prospektində 85 km xüsusi hərəkət zolağı mövcuddur:

“Müxtəlif ərazilərdə təşkil edilən bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir. 900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir”.

Əvvəlki məqalə

Bakı metrosunda qatarların hərəkətində yubanma olub

Sonrakı məqalə

COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığı açıqlanıb