“Zamanla hər şey aydın olacaq”- Kreml Pelosinin İrəvana səfərini şərh etdi

“Rusiya Bakı və İrəvan arasında münaqişənin həlli cəhdlərini təqdir edir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən bildirib.

“Yalnız sözdə olmayan, populizmdən uzaq, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Biz bunu alqışlayırıq”, – Kreml sözçüsü bildirib.

Peskov həmçinin əlavə edib ki, zaman keçdikcə Pelosinin səfərinin münaqişənin normallaşmasına həqiqətən kömək edib-etmədiyi aydınlaşacaq.

Azpost.info

Əvvəlki məqalə

Baş Prokurorluq hüquq müdafiəçisinə xəbərdarlıq edib –

Sonrakı məqalə

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb