“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib

01 İyul 2020 - 17:56

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

20 milyon manatdan çox pul mənimsədiyi üçün  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb . N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Əlavə məlumat veriləcək. (Unikal.org)